2001-ci il iyulun 28-də UEFA kubokunun seçmə mərhələsi çərçivəsində Xorvatiyada baş tutan “Osiek” - “Dinaburq” görüşü ilə bağlı yayılan video futbol ictimayətimizdə böyük rezanans yaradıb. 2001-ci il iyulun 28-də UEFA kubokunun seçmə mərhələsi çərçivəsində Xorvatiyada baş tutan “Osiek” - “Dinaburq” görüşü ilə bağlı yayılan video futbol ictimayətimizdə böyük rezanans yaradıb.

“Ən böyük cinayətkar Ramin Musayevdir“ - Rüşvət qalmaqalı (VİDEO)

2001-ci il iyulun 28-də UEFA kubokunun seçmə mərhələsi çərçivəsində Xorvatiyada baş tutan “Osiek” - “Dinaburq” görüşü ilə bağlı yayılan video futbol ictimayətimizdə böyük rezanans yaradıb.


AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, video oyunu idarə edən azərbaycanlı hakimlər briqadasının rüşvət alması ilə bağlıdır.

Videoda dördüncü hakim funksiyasını yerinə yetirən Xəqani Məmmədov görüşün baş hakimi Asim Xuduyevə "qonaqlar heç-heçəyə 15 dənə verirlər" deyə səslənib.

"Bu videonun yayılması haqqında hələ 6 ay əvvəl məlumatlı idik. Anar Salmanov özü demişdi ki, şantaj edəcəm, Xaqani Məmmədovu ləkələmək üçün hər yola əl atacam", - bu sözləri apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Komitə sədri isə bunun montaj olduğunu bildirib: "Bu, 14-15 il əvvəl olan bir şeydi. Mən həmin videoya heç baxmamışam, baxmaq da istəmirəm. Belə bir hadisənin olması heç yadıma düşmür. Bilirik ki, bu, Anar Salmanovun məhsuludur. Belə bir təklif var idisə, həmin komandanın qapısına niyə penalti təyin olundu? Üstəlik, qonaqlar o görüşdə məğlub olmuşdular. Əgər bizim onlara kömək etmək məqsədimiz olsaydı, komanda qələbə qazanardı da, uduzmazdı ki. Yəni, belə bir şey olmayıb. Bunu ustalıqla montaj ediblər. Çünki 6 ay əvvəl eşitmişdik ki, belə bir video hazırlanır"- deyə Məmmədov qeyd edib.


Xaqani Məmmədov - AFFA Hakimlər Komitəsinin sədri

Keçmiş FİFA dərəcəli hakim Babək Quliyev ANS PRESS-ə açıqlamasında Xəqani Məmmədovun yalan danışdığını və onun cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib.

"Xəqani Məmmədov Azərbaycanda futbol hakimliyinin kökünü kəsən insandır. Bunu həmişə demişəm, indi də fikrimdə qalıram. İmanxan Sultanini, Anar Salmanov, mənim və bir çox hakimlərin evini yıxıb. Bu UEFA kubokunun oyunudur. Azərbaycanın içində deyil ki, bunu gizlədəsən. Burada montajdan söhət belə gedə bilməz. Kadrları diqqətlə izləsəniz oyunu şərh edən aparıcının azərbaycanlı hakimlər öz aralarında danışır deyə pauza etdiyini eşidəcəksiniz. Nə qədər ki, Xaqani Məmmədov Hakimlər Komitəsinin başındadı, hakimlikdə inkişaf görməyəcəyik", - deyə Babək Quliyev bildirib.


Babək Quliyev - Keçmiş FİFA dərəcəli hakim

Babək Quliyev görüşün baş hakimi Asim Xuduyevdə günah görmür: "Bu hadisələr ikinci hissənin ortalarında baş verib. Ehtiyat oyunçular skamyasına 4-cü hakim yaxındır. Onun qulağına oxuyublar, oda bunu UEFA-ya bildirməli idi. O deməliydi ki, mənə rüşvət təklif ediblər. Bunu bilib gizlətmək də cinayətdir. Ramiz Əsədov qışqırır və o qışqırandan sonra Xəqani özü girişir bu söhbətə. Deməli bu işin başında duran dördüncü hakimdir. Əgər bu oyunun əvvəlində və ya ikinci hissənin əvvəlində olsaydı onda burada Asim Xuduyevi də günahlandırmaq olardı. Burada ən böyük cinayətkar Ramin Musayevdir. Çünki aprel ayında bu disk onun stolunun üstünə qoyulub. Niyə sən bunu AFFA rəhbərliyinə, Rövnəq Abdullayevə bildirməmisən? Niyə gizlətmisən, sənin nə marağın var? Faktı bilib gizlətmək özü bir cinayətdir. Asim Xuduyev özü də bü gün təsdiq edib ki, bəli onlar pul söhbəti edirdilər".