Günəşli yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçirilib. Günəşli yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçirilib.

Neftçilər Xəstəxanasında müalicə alanların siyahısı - Yeniləndi 4

Günəşli yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçirilib.

Xəstəxanaya ümumilikdə 31 müraciət olunub, 22 nəfər ambulator müalicəyə cəlb edilib.

1 nəfər Yanıq Mərkəzinə göndərilib, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilib.

Aşağıda stasionara qəbul olunan xəstələrin siyahısı verilmişdir:

Rəcəbov Mərdan-qabırğa sınığı
Məmmədov Allahverdi-bazunun sınığı
Əliyeva Məlahət-bel fəqərəsinin sınığı
Hüseynov Rəşid-kəllə beyin silkələnməsi
Abbasov Mais-alın nahiyyəsinin kəsilmış, cırılmış yarası
Əliyev Ənvər-alın nahiyyəsinin burun göz altı yarası
Cəfərov Faiq-hipotermiya,başın yumşaq toxumaların əzilməsi
Orucov Atakişi-hipotoniya,yumşaq toxumaların əzilməsi

***
23:02

"Günəşli" dəniz yatağında baş vermiş yanğın nəticəsində xəsarət alanlar şəxslərdən yalnız 7-si stasionar şəraitdə müalicə olunur.

Bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının yəcili yardım şöbəsinin müdiri Raud Əsədov deyib.

Onun sözlərinə görə, xəstəxanaya ümumilikdə 32 xəstə yerləşdirilib. Onların 25-nə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qalan 7 nəfər isə hazırda stasionar şəraitdə müalicə olunur. Onlardan 1-i qadın, 6-sı kişidir. R.Əsədov deyib ki, xəstələrin heç birinin vəziyyəti ağır deyil.

Trend

***
21:28

"Günəşli" dəniz yatağında baş vermiş yanğın nəticəsində xəsarət alanlar şəxslərdən yalnız 7-si stasionar şəraitdə müalicə olunur.

Mərkəzi Neftçilər Xəstəxanasına 30 yaralı gətirilib.

Bu barədə xəstəxananın baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, yaralı neftçilərdən 20-i ambulator, 6-sı isə stasionar müalicəyə götürülüb.

N.Mehdiyev bildirdi ki, yaralılardan bəziləri kəllə-beyin travması alıb.

Həkimin sözlərinə görə, 6 nəfər əməliyyat olunacaq. Onlardan artıq biri əməliyyat masasındadır.

6 yaralı aşağıdakılardır:

1. Mərdan Rəcəbov
2. Allahverdi Məmmədov
3. Rəşid Hüseynov
4. Mais Abbasov
5. Məlahət Əliyeva
6. Ləman Orucova

Daha bir yaralı Bəxtiyar ələkbərov isə Respublika Yanıq Mərkəzinə aparılıb.

Ans press

***
20:11

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Bu barədə xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev məlumat verib.

Baş həkimin sözlərinə görə, artıq 20 nəfər xəstəxanaya yerləşdirilib.

"Onların vəziyyəti stabildir və daim nəzarət altındadır" deyə baş həkim bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağında yanğın baş verib. Məlumata görə, yanğın baş verən özüldən 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.

Apa

***
19:09

"Günəşli" dəniz yatağında baş vermiş yanğın nəticəsində xəsarət alanlar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriləcək.

İlk növbədə platformadan gəmi ilə təxliyyə olunmuş 27 nəfər gətiriləcək. Dörd nəfər isə helikopter ilə təxliyyə olunub.

Ötən gün axşam saatlarında "Günəşli" yatağındakı 10-cu özüldə güclü yanğın baş verib

10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.

Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradıb. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9" və "Topaz" yanğınsöndürən gəmiləri, habelə "Avyor" dalğıc və "Samir Quliyev" yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar "Azneft" İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005

Trend