- Köhnə - Cəmiyyət
- 30 Dekabr 2016 14:16
- 20 292
Bayram ərəfəsində bazarda qiymətlər qalxdı, içki məhsulları - 10-15000 manat
Yeni il bayramına bir gün qalmış Bakı bazarlarında kənd təsərrüfatı məhsullarının qiyməti kəskin bahalaşıb.
AzNews.az bayram münasibəti ilə şəhərimizin məşhur bazarlarından olan “Təzə bazar”a yollandı. Bazarda "iynə atsan yerə düşməzdi". Kənd təsərrüfat məhsullarının çeşidləri göz oxşayırdı. Amma...
Bazara nəzər salanda alıcıdan çox satıcının olduğu aydın görünür. Bazarın daimi alıcıları bunu səbəbini belə izah etdi:
“Bayramla əlaqədar qiymətlər artıb. Bazar od tutub-yanır, girmək belə mümkün deyil. Hər gün qiymətlərdə artım müşahidə olunur. 200 manatla bazara girdim, demək olar ki, heç nə almamışam. Elə məhsul var ki, mən ondan yarım kloqram aldım. Görmüşdük ki, məhsul bol olanda qiyməti ucuz olar. Bazarda isə əksinədir.”
Satıcılar isə qiymət artımını məhsulun bol olması ilə deyil, onu rayonlardan baha almaları ilə izah etdilər:
“Biz də bu məhsulları rayonlardan alırıq. Elə məhsul var ki, biz onu aldığımız qiymətə satırıq. Elə məhsul da var ki, üstünə bir manat qoyuruq. Axı bizim icarə haqqımız da var. Hələ bazarda satışda olan kənd təsərrüfatı məhsulları özümüzün yetişdirdiyimizdir. Yəni, 90%-i yerli məhsullardır.”
“Təzə bazar” da kənd təsərrüfatı məhsullarının qiymətlərini təqdim edirik:
soğan- 1 manat,
kartof -1 manat 50 qəpik,
yerkökü- 1 manat -1:50 qəpik,
çuğundur- 70 qəpik,
göyərti- bir dəstəsi 20 qəpik,
balıq- 1 kq-ı 6-55 manat,
mal əti- 9-10 manat,
qoyun əti- 11-12 manat,
toyuq- 4-8 manat,
hind quşu- 1 kq-ı 12 manat,
qaşqaldaq- 5 manat,
ördək-5-7 manat,
yumurta- 30-40 qəpik,
xiyar -7 manat,
pomidor- 3-5 manat,
badımcan- 4-5 manat,
bibər- 1 ədədi 40-50 qəpik,
şoraba 1 kq-ı 2 manat,
alma- 1-7 manat,
heyva- 4-9 manat,
mandalin- 2-4 manat,
nar- 3-15 manat,
armud- 4-5 manat,
qoz ləpəsi- 16-25 manat,
findıq ləpəsi- 15-20 manat,
badam- 25-28 manat,
şabalıd- 10 manat,
kişmiş- 8-10 manat,
turşu- 10 manat,
xurma 5-8 manat,
zəfəran- 1 stəkanı 5 manat,
düyü 1kq-ı 2 manat 80 qəpik,
Lənkəran çayı 1 kq-ı 35 manat.
Bayram süfrələrini içkilərsiz təsəvvür etmək qeyri-mümkündür. Xüsusilə də Yeni il bayramında. Bu bayramda əhalinin ən çox üstünlük verdiyi içki-şampan növləridir. Şəhərimizin şərab mağazalarında apardığımız sorğuda da bu faktı təsdiqlədi. Mağaza sahiblərinin sözlərinə görə, yerli istehsal olunan şampan məhsullarının satışı çoxalıb:
“Bakı əhalisi ancaq yerli şampan məhsularına üstünlük verir. Çeşidlər çoxdur. Qiymətlər də onların çeşidlərinə görə təyin edilib. Amma xarici ölkə istehsalı olan şampan məhsullarına üstünlük verənlər var. Müəyyən bir təbəqə var ki, onlar xarici ölkə istehsalı olan viskilərə üstünlük verir. Yəni, kimin ürəyi hansı içkini istəyir, onu da alırlar. İmkanlı alıcılarımız isə 5-10 min manat arasında viskilərə üstünlük verir”.
Şərab mağazalarında spirtli içkilərin qiymətləri belədir:
Yerli şampan növləri 5-20 manat,
Xarici ölkə istehsalı olan şampanların qiyməti 20-4 min manat,
viskilər 20-10 min manat,
Yerli konyak məhsulları 15-150 manat,
Xarici ölkə istehsalı olan konyak məhsulları 15-20 min manat,
Yerli şərab məhsulları 2 manat 50 qəpik -50 manat,
Xarici ölkə istehsalı olan şərab məhsulları 4-15 min manat,
Yerli araq məhsulları 2 manat-50 manat,
Xarici ölkə istehsalı olan araq məhsulları 10- 1500 manat,
Likör 10-100 manat,
Rom 20-200 manat,
Gin 20-300 manat arasında satılır.
Bahar RÜSTƏMLİ
AzNews.az