Dəri rəngindən bir neçə ton tünd ləkələr bədənin bir çox yerində ola bilər. Dəri ləkələrinin olması çox vaxt yaxşı bir şey kimi düşünülsə də, bəzən bu ləkələr başqa xəstəliklərin və ya dəri xərçənginin əlaməti ola bilər. Dəri rəngindən bir neçə ton tünd ləkələr bədənin bir çox yerində ola bilər. Dəri ləkələrinin olması çox vaxt yaxşı bir şey kimi düşünülsə də, bəzən bu ləkələr başqa xəstəliklərin və ya dəri xərçənginin əlaməti ola bilər.

“Dəri ləkəsidir” deyib keçməyin - Xərçəng də ola bilər!

Dəri rəngindən bir neçə ton tünd ləkələr bədənin bir çox yerində ola bilər. Dəri ləkələrinin olması çox vaxt yaxşı bir şey kimi düşünülsə də, bəzən bu ləkələr başqa xəstəliklərin və ya dəri xərçənginin əlaməti ola bilər.

Dəridə ləkələr niyə yaranır?

Dəridəki ləkələr daha çox günəş işıqları, hormonal pozgunluq və kosmetik vasitələrdən yaranır. Mütəxəssislər tərəfindən edilməyən lazer və kimyəvi soyma prosedurları da dəri ləkələrinə yol açır. Amma bəzi xəstəliklərin ilkin əlamələrindən biri də dəridə ləkələrin yaranmasıdır.

Dəridəki ləkələr dəri xərçənginin əlaməti ola bilər.

Dəri ləkələri dəri xərçənginin ilkin əlamətlərindəndir. Əgər dəridəki ləkə fərqli rəng tonundadırsa, assimmetrikdirsə, qanama, qaşıntı, qabıqlanma və ya üzəri açıq yara kimidirsə, mütləq həkimə müraciət etməlisiniz. Çünki bu cür ləkələr dəri xərçənginin əsas əlamətlərindəndir. Əsasəndə kürənlər, rəngli gözlülər, uşaqlıqdan günəş yanığı olanlar, bədənində 50-dən çox xalı olanlar və ailəsindən kimdəsə dəri xərçəngi xəstəliyi olan şəxslərin bu xəstəliyin daşıyıcısı olmaq ehtimalı daha böyükdür.

Nigar CƏFƏR
AzNews.az