- Köhnə - Cəmiyyət
- 21 Sentyabr 2018 14:21
- 5 702
Mayonez tək yemək üçündür? - Təmizlik və müalicə məqsədilə də istifadə oluna bilər
Mayonez bütün dünya mətbəxlərində əvəzolunmaz souslardan biridir.
Daha çox fast-food restoranlarında üstünlük verilən mayonez yeyinti sənayesindən kənarda da istifadə olunur.
AzNews.az mayonezin əvvəllər eşitmədiyiniz istifadə sahələrini təqdim edir:
Dırnaqlar
Dırnaqlarınız tez-tez qırılırsa, mayonezdən istifadə edə bilərsiniz. Mayonezi dırnaqlarınıza sürtün və 5 dəqiqə gözləyin. Daha sonra dırnaqalarınızı yuyun. Bunu həftədə 3-4 dəfə təkrarlasanız, dırnaqlarınız bərkiyər.
Nəmləndirici
Dərinizin quruluğu sizi narahat edirsə, mayonezin içinə bir qaşıq zeytun yağı töküb üzünüzə çəkin. 10 dəqiqə üzünüzdə saxladıqdan sonra nəmli dəsmal ilə silin.
Günəş yanıqları
Bədəninizdə əmələ gələn günəş yanıqlarının ağrısını azaltmaq istəyirsinizsə, mayonezdən istifadə edin. Yanan hissənizə mayonez çəkin. Mayonez yaranı nəmləndirər və yanma hissini azaldar.
Saqqız çıxarmaq
Saçlarınıza saqqız yapışıbsa, ondan qurtulmağın ən effektiv variantı saqqız olan bölgəyə mayonez çəkməkdir. Beləliklə saqqız saçınızdan rahatlıqla çıxacaq.
Saç balzamı
Mayonez dərinizi nəmləndirdiyi kimi saçlarınızı da nəmləndirir. Buna görə də saç balzamınızı mayonezlə əvəzləyin. Quru və elektriklənən saçlar üçün mayonez effektiv vasitədir.
Divardaki boyalar
Uşaqlarınız evin divarını rəngləyibsə, onları danlamaq əvəzinə divara moyanez vurun. 10-15 dəqiqə sonra təmiz dəsmalla divarı silin.
Nigar CƏFƏR
AzNews.az