- Köhnə - Cəmiyyət
- 18 Sentyabr 2013 14:44
- 7 353
AMEA-da yeni kadr təyinatları

İclasda bildirilib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə bu şöbənin rəisi vəzifəsinə iqtisad üzrə fəlsəfə doktoru İlqar Quliyev təyin edilib. AMEA RH Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini vəzifəsinə Zərifə Əliyeva, Hüquqi təminat şöbəsinin rəis müavini vəzifəsinə hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasıyev, Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi vəzifəsinə Ulduz Həşimova və onun müavini vəzifəsinə Tərlan Əliyeva, Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Bünyamin Seyidov, Ümumi şöbənin rəisi vəzifəsinə Sevinc Həsənova təyin olunub. Toğrul Muradov, Hikmət Quliyev və Səfa Qarayev AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsinə təsdiq olunublar.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsinin rəis müavini vəzifəsinə Fərid Xanlarov, Elmi-Təşkilat İdarəsinin rəis müavini vəzifəsinə Vüqar Haqverdiyev, idarənin Elmi-tədqiqatların təşkili şöbəsinin rəisi vəzifəsinə İlyas Nuriyev təsdiq edilib. AMEA Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri vəzifələrinə kimya üzrə elmlər doktoru Səfa Abasov və kimya üzrə fəlsəfə doktoru Mənzər Əmiraslanova təyin olunub.
Bu dəyişikliklərin aparılmasında məqsəd elmin maliyyələşməsi sahəsində idarəetmə sistemini müasir tələblər səviyyəsində qurmaq, AMEA-da bu istiqamətdə həyata keçirilən fəaliyyətin səmərəliliyini artırmaq olub.
AzNews.az