- Köhnə - Dünya
- 14 Avqust 2018 21:10
- 3 620
ABŞ ən böyük qorxusunu açıqladı: kosmosdakı peyklərinə silahlı təhdid var...
ABŞ xarici işlər nazirinin müavini Yleem D.S. Poblete İsveçrənin Cenevrə şəhərindəki tərk-silahla bağlı konfransda ölkəsinin ən böyük hərbi qorxusunu açıqlayıb.
AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, səlahiyyətli nümayəndə Rusiyanın müxtəlif silahlarla kosmosdakı peykləri vurmaq gücünə sahib olmağı hədəf götürdüyünü bildirib.
ABŞ-ı narahat edən rus silahlarının arasında daşına bilən lazer sistemi də yer alır.
Qeyd edək ki, İsveçrədəki konfransın məqsədlərindən biri də kosmosda silah yarışının qarşısını almaq idi.
Nurlan AĞA
AzNews.az