- Köhnə - Dünya
- 31 Avqust 2018 17:55
- 4 876
Rusiya amerikalıları daha kosmosa aparmayacaq - Rəsmi açıqlama
Rusiya baş nazirinin müavini Yuri Borisov ABŞ-la bağlı önəmli açıqlama verib.
AzNews.az “Habertürk”ə istinadən bildirir ki, o, “NASA ilə əməkdaşlıq edən amerikalı kosmonavtların “Soyuz-MS” kosmik gəmisi ilə Beynəlxalq Kosmos Stansiyasına aparılması müqaviləsi 2019-cu ilin aprelində qüvvədən düşəcək”, – deyə qeyd edib.
NASA “Boeing” şirkəti vasitəsilə “Energiya” kompaniyasından “Soyuz-MS” kosmik gəmisində beş nəfərin Beynəlxalq Kosmos Stansiyasına getməsi üçün yer kirayələmişdi.
ABŞ 2019-cu ildən etibarən kosmonavtlarını kosmosa özünün aparacağını planlaşdırır.
Nurlan AĞA
AzNews.az