- Fanat
- 10 Oktyabr 2018 11:25
- 2 901
“Uembli”nin satışı dayandırıldı - Maxinasiya olub
İngiltərə Futbol Assosiasiyası “Uembli” stadionunun satışı ilə bağlı prosesi dayandırıb.
Aznews.az. xəbər verir ki, Assosiasiya stadionun satışı ilə bağlı “Fulhem”in sahibi Şahid Xanla razılığa gəlmişdi. Arenanın satılması üçün səsvermə də keçirilmişdi. Şahid Xan stadionu 600 milyon funta almışdı. Bundan sonra sənədləşdirmə prosesi aparılmalı idi.
Ancaq “Fulhem”in idman direktorunun sabiq köməkçisi Kreyq Klayn Assosiasiyaya müraciət edərək, stadionun satışı zamanı korrupsiyaya yol verildiyini bildirib. O, bunu sübut edəcək faktlara sahib olduğunu deyib.
Kreyq iddia edib ki, stadionun satılması üçün keçirilən səsvermə zamanı da maxinasiya olub. Bütün bu faktları araşdırmaq üçün Futbol Assosiasiyası stadionun satışı ilə bağlı prosesi dayandırıb.
Natiq Muxtarlı
© AzNews.az