- Köhnə - İdman
- 14 Avqust 2018 22:50
- 5 463
"Qarabağ" Çempionlar Liqasına əlvida dedi
Çempionlar Liqasına gedən yolda Ağdam təmsilçisinin qarşısını "BATE" alıb.
AzNews.az xəbər verir ki, bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ" klubu Belarus "BATE"si ilə qarşılaşıb.
Borisov şəhərində keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.
Görüşdə hesabı ev sahibləri açıblar. Borisovluların heyətində 20-ci dəqiqədə Mirko İvaniç vurub.
Matçda təmsilçimizin yeganə qolunu isə Mitçel vurub. O, 54-cü dəqiqədə fərqlənə bilib.
Bakıdakı oyunun nəticəsi ilə birgə, ümumi hesab 2:1 olub ki, bu nəticə də "BATE"ni Çempionlar liqasına bir addım da yaxınlaşdırıb.
Play-off mərhələsində Minsk klubunun rəqibi Hollandiyanın "PSV" klubu olacaq.