- Köhnə - Maraqlı
- 12 Sentyabr 2018 09:55
- 6 149
Bax gör bədəninin saatı neçədir? - Alimlərdən maraqlı kəşf
ABŞ-ın Nordvestern Universitetində aparılmış tədqiqat nəticəsində saat yarım ərzində insan bədəninin bioloji saatının neçə olduğu bəlli olacaq.
AzNews.az “Euronews”a istinadla bildirir ki, bu qan analizi nəticəsində günün müəyyən saatı ilə vücudumuzun hansı saatda olduğu qarşılaşdırıla bilər.
Real saatla insan bədəninin hiss etdiyi saat arasında fərq varsa, bu, ürək, diabet xəstəlikləri, alzaymerə səbəb ola bilər. Bu fərqin aradan qaldırılması bir sıra xəstəliklərin müalicəsində yer ala bilər.
Alim Rozmari Braun bioloji saatın bütün növ bioloji prosesləri, aclıq hissini, immunitet sisteminin aktiv və qan təzyiqinin yüksək olduğu zamanı tənzimləyə bildiyini yazır.
Nurlan AĞA
AzNews.az