- Köhnə - Mədəniyyət
- 15 Avqust 2018 10:22
- 15 656
Misir fironu Tutanxamon necə öldü? - Mumiyanın sirri
Şərq mədəniyyətin beşiyidir. Uzun illər avropasentrizmin ideyaları ilə bütün sivilizasiyaların mərkəzi olaraq Qərb göstərildi. Lakin Qərb ölkələrinin istər fəlsəfə, istər ədəbiyyat, istərsə də digər sahələrdə irəli sürdükləri fikirlər daha əvvəl Şərqdə olub. Şərq mədəniyyətinin mərkəzi isə Qədim Misirdir desək, yanılmarıq.
AzNews.az xarici mətbuatdan Qədim Misirlə bağlı maraqlı və sirli faktları təqdim edir.
Gənc yaşda dünyasını dəyişmiş Misir fironu ən məşhur hökmdarlardan biri olub. Lakin onun ölümü ilə bağlı çox az məlumat var.
2013-cü ildə bir qrup ingilis araşdırmaçının dəstəyi ilə “Tutanhamon: Yanmış mumiyanın sirri” adlı sənədli film ərsəyə gəldi. 1968-ci ildə fironun skeleti üzərində “x” şüaları tutulmaqla aşkar olundu ki, onun qabırğası və ayağında sınıqlar olub. Bu faktdan çıxış edərək araşdırmaçılar fironu aparan arabanın qəzaya uğradığını və nəticədə Tutanhamonun öldüyünü iddia ediblər.
Digər bir tanınmış sənədli film kanalı “National Geographic” isə başqa versiya irəli sürüb. Onların dediyinə görə, Tutanhamon sui-qəsdə uğrayıb, arabadan atılıb və su ayğırlarının hücumuna məruz qalıb. Qabırğa sümüklərinin əsas hissələri itmiş fironun qəza keçirtdiyi də ehtimal olunur. Bəzi iddialara görə, II Dünya müharibəsi dövründə onun bədəninin hissələri oğurlanıb.
İtaliyadakı Mumiya İnstitutunun rəhbəri, professor Albert Zink Tutanhamonun anası ilə atasının bacı-qardaş olduqlarını, buna görə də qohum evliliyi nəticəsində fironun bədəninin həssas olduğu və qızdırmadan vəfat etdiyini düşünsə də, ölüm səbəbi dəqiq olaraq hələ də məlum deyil.
Nurlan AĞA
AzNews.az