- Köhnə - Mədəniyyət
- 26 Avqust 2018 22:00
- 8 200
"Dəhşətlər atası"nın 800.000 yaşı var? - İDDİA
Mədəni mərkəzlərdən biri hesab olun Misisrdə yerləşən tarixi Sfinks ilə bağlı yeni fərziyyə irəli sürülüb.
AzNews.az xəbər verir ki, bir qrup ukrayralı tədqiqatçı alimlər "Dəhşətlər atası"nın sirrini açmağa çalışıb.
Tarixi tikili Giza platosunda yerləşir.
Vyaçeslav Maniçev və Aleksandr Parxomenko iddia edir ki, bu tikili 800.000 il əvvələ aiddi.
Bu iddiaya görə, Sfinksin hissələrinin məsaməli olması bir vaxtlar buranın su hövzəsi olmasından irəli gəlir.
Selin izlərini məhz həmin hissələrə baxmaqla görmək olar. Daha sonra həmin su hövzəsinin quruması və aşınma mərhələsi çox uzun bir zaman keçidində baş verə bilər.
Ukraynalı tədqiqiqatçılar da məhz həmin yaşı bu prosesə görə hesablayıblar.
Bu mübahisəli iddiaya nə qədər güvənmək olar, bilmirik. Amma unutmaq olmaz ki, bu fikir də Sfinklə bağlı olan yüzlərlə fərziyyədən biridir.
Belə ki, bir sıra misirli alimlər bu iddia ilə razılaşmırlar. Onlardan biri də Zai Havassdı.
O bildirir. "Təkcə bir dəlilə əsaslanaraq nəsə bir fikir söyləmək çətindir. Biz hər hansı bir fərziyyə irəli sürmək istəyiriksə, gərək bu günə qədər olan bütün tədqiqat işlərini bir araya yığaq. Uzun bir araşdırmadan sora yekun nəticəyə gəlmək olar".
Murad ABDULLA
AzNews.az