Azərbaycan Opera və Balet Teatrı 110-cu mövsüm açılışına hazırlaşır. Azərbaycan Opera və Balet Teatrı 110-cu mövsüm açılışına hazırlaşır.

“Leyli” Rəvanə olacaq, “Məcnun” isə...

Azərbaycan Opera və Balet Teatrı 110-cu mövsüm açılışına hazırlaşır.

AzNews.az xəbər verir ki, teatr kollektivi sentyabrın 19-da tamaşaçılarını dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun “leyli və Məcnun” tamaşası ilə salamlayacaq. Bu mövsümdə tamaşa gənc xanəndələrin ifasında təqdim olunacaq. Leyli rolunda gənc ifaçı Rəvanə Əmiraslanova, Məcnun rolunda isə Elnur Zeynalov oynayacaq.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Bahar RÜSTƏMLİ
AzNews.az