Bu barədə AzNews.az-a sözü gedən rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, Fərhad Əliyev ailəsini küt alətlə öldürərək evin zirzəmisində basdırıb:
“Hazırda Mehparə Əliyeva və dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidin cəsədləri çıxırılıb və ekspertizaya göndərilib. Hadisəni hüquq-mühafizə orqanlarına Fərhad Əliyevin oğlu Fəqan Əliyev etiraf edib. O, efirdə ailəsinin ünvanına səslənən fikirlərlə barışa bilmədiyi üçün təslim olub”.
Qeyd edək ki, 2014-cü ildə Salyan rayonunda baş verən dəhşətli cinayətin üstü açılıb. “Zavod” məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Əliyev həmin vaxt qadının qızlarını götürərək Türkiyəyə getdiyini bildirib. Amma dekabrın 6-da onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum olub.
Bahar RÜSTƏMLİ
AzNews.az