Yeznə və baldız asılmış halda tapıldı- Meşədə
19 İyul 2014 11:36 (UTC+04:00)
Onların intiharının ehtimal olunan ilkin səbəbi açıqlanıb
Azərbaycanda iki qohum intihar edib.
Saatlı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Məmmədabad kəndində qeydə alınıb.
Kənd sakinləri, 1997-ci il təvəllüdlü Şəfəq Əlişad qızı Ağaşova və 1993-cü il təvəllüdlü Mürşüd Cümşüd oğlu Askanov meşədə özlərini ağacdan asıblar.
Polisdən M. Askanovun Ş. Ağaşovanın böyük bacısının əri olduğu bildirilib.
İntihar edən şəxslər arasında sevgi münasibətləri olduğu ehtimal edilir.
AzNews.az