Bakıda dəhşətli qatar qəzası- Fotolar
23 İyul 2014 13:56 (UTC+04:00)
Dünən Binəqədi rayonunda, Baksol ərazisində Biləcəri qəsəbəsi istiqamətindən gələn qatarın sisternlərindən biri çıxıb və bir-iki kilometr yuvarlandıqdan sonra qarşısına çıxan "VAZ-21011" markalı minik maşınının üzərinə çıxıb.
AzNews.az Milli.az-a istinadən xəbər verir ki, sistern "VAZ-21011"i sürüyərək bir neçə metr aparıb.
Qarşısına çıxan beton maşınına dəyərək dayanıb. Parçalanan minik maşınının qalıqları böyük əraziyə yayılıb. Qatardan ayrılan sistern o qədər sürətlə gedirmiş ki, teplovoz arxasından xeyli getsə də, çata bilməyib. Minik maşınında olan ata-bala ağır xəsarət alıb. Onları maşından çıxararaq xəstəxanaya aparıblar.
Qəzanın fotolarını təqdim edirik:
AzNews.az