Türkiyə vətəndaşlarına xəbərdarlıq etdi
24 İyul 2014 10:30 (UTC+04:00)
Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edib.
ANS PRESS-in məlumatına görə, nazirlik Liviyadakı qeyri-sabit vəziyyətlə əlaqədar Türkiyə vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.
Eyni zamanda Türkiyə XİN-i öz vətəndaşlarını Liviyaya səfər etməməyi məsləhət görüb.
Qeyd edək ki, Liviya lideri Müəmmər Qəddafi 2011-ci ildə devrilib. Lakin ölkədə hələ də qeyri-sabit vəziyyət hökm sürür. Ordu ilə Benqaziyə nəzarət edən silahlı qruplaşmalar arasında toqquşmalar davam edir.
AzNews.az