ABŞ viza verilməsini dayandırıb
30 İyul 2014 13:17 (UTC+04:00)
ABŞ bütün dünyada vizaların verilməsi prosesini dayandırıb.
AzNews.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin yaydığı məlumatda bildirilir.
Vizaların verilməsi prosesinin dayandırılmasına səbəb kimi ABŞ-ın pasport-viza sistemindəki texniki nasazlıq göstərilir.
"Bu problem qlobal xarakter daşıyır və hər hansı ölkədən ya viza kateqoriyasından asılı deyil", - deyə məlumatda vurğulanıb.
AzNews.az