Dəmir armatur fəhlənin ürəyinə sancıldı
31 İyul 2014 08:31 (UTC+04:00)
Bakının Nəsimi rayonu ərazisində fəhlə faciəvi şəkildə dünyasını dəyişib. Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Həsən Əliyev küçəsində tikilən hündürmərtəbəli binada fəhlə işləyən 1955-ci il təvəllüdlü Süleyman Sofqulu oğlu Səfquliyev hündürlükdən yıxılıb.
Yerdə olan dəmir armatur onun bədənina girib.
Fəhlə hadisə yerindəcə ölüb.
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı 20-ci polis bölməsində araşdırma aparılır.
AzNews.az