Ərdoğan: “İsrailin Qəzzadakı hərəkətləri genosiddir”

31 İyul 2014 21:41 (UTC+04:00)
Türkiyənin baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan İsraili Qəzza sektorundakı hərəkətlərinə görə ən sərf formada tənqid edib.
Musavat.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda o, ölkənin şərqindəki Van şəhərində seçkiqabağı mitinqdə çıxışı zamanı deyib.

"İsrailin bu gün Qəzzada elədiklərini soyqırımdan savayı başqa nə adlandırmaq olar ki", - deyə baş nazir yəhudi dövlətini ittiham edib.

Az öncə Ərdoğan bəyan eləmişdi ki, əgər İsrail Qəzza sektorunda hərbi əməliyyatları davam etdirsə, Türkiyə bu ölkə ilə dialoq qura bilməyəcək.

AzNews.az