Ukrayna Ordusu irimiqyaslı hücuma başladı

20 Avqust 2014 09:16 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, bütün gecə Donetsk və Luqansk vilayəti ərazisində - İlovaysk, Yasinovataya, Saur-Moqili yaşayış məntəqələri, o cümlədən Donetsk və Luqansk şəhərləri ərazisində gərgin döyüşlər gedir.

Donetsk və Luqansk şəhərləri ərazisində hökumət qüvvələrinə qarşı ağır atıcı silahlardan istifadə olunur.

Ukrayna "İnformasiya Müqaviməti" Mərkəzinin koordinatoru Dmitriy Tımçuk bildirib ki, döyüşlərin aparıldığı ərazidə yaşayan mülki şəxslər arasında ölənlərin sayı artır.

Bununla yanaşı hərbçilər İlovaysk-Zuqres, Şaxtyorsk, Krasnıy Luç və Luqansk vilayətinin Perevalsk rayonu ərazisində əməliyyatlarını davam etdirir.

Ukrayna Silahlı Qüvvələri Rusiya ilə sərhəddə də mövqelərini gücləndirir. Məlumatda o da qeyd olunub ki, məqsəd Rusiya tərəfdən kəşfiyyat-diversiya qruplarının ölkə ərazisinə daxil olmasının qarşısını almaqdır.

Məhəmməd
AzNews.az