Qaradağda faciə: avtokarın altında qalaraq öldü

1 Sentyabr 2014 11:32 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə avqustun 30-da Qaradağ rayonu Puta qəsəbəsində baş verib. Belə ki, Sumqayıt şəhər sakini İsmayıl Cəlilov ehtiyatsızlıqdan Abşeron rayon sakini Şamil Əlizadənin idarə etdiyi avtokarın altına düşərək ölüb.

Amid
AzNews.az