Yollar yenə bağlanır- Bu dəfə Ərdoğana görə

1 Sentyabr 2014 13:06 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AzNews.az-a açıqlamasında bildirib ki, sentyabrın 2-də saat 17:00-dan Heydər Əliyev Beynəlxalq Hava Limanından Aeroport şossesi, Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva prospekti , Rəsul Rza küçələri, Neftçilər prospekti və Azneft dairəsi də daxil olmaqla eləcə də keçiriləcək digər tədbirlərlə əlaqədar fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək:

"Eyni zamanda sentyabrın 3- tarixində də başqa tədbirlərin keçirilməsi ilə əlaqədar olaraq müəyən istiqamətlər üzrə qonaqların hərəkəti də nəzərdə tutulub. Bu da paytaxtın Azneft dairəsindən, Niyazi küçəsi, Lermantov, Parlament prospekti, Şəhidlər və Fəxri Xiyabanlar, İnşaaatçılar prospekti, Bakıxanov küçəsi, Vaqif küçəsi, Ceyhun Hacıbəyli küçəsi istiqamətində fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək. Xahiş edirik ki, qeyd olunan tarixlərdə göstərilən istiqamətlər üzrə şəxsi avtomobillərindən deyil ictimai nəqliyyata üstünlük versinlər. Belə olan halda yollarımızda qəzalar və sıxlıq yaranmaz".

Amid
AzNews.az