Bakıda ağır qəza- Ər-arvad öldü

1 Sentyabr 2014 13:14 (UTC+04:00)


"Qafqazinfo" Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, ötən gecə saat 23 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsində Bakı sakini Şıxzadə Əliyevin və Sumqayıt şəhər sakini Elxan Cabbarovun idarə etdikləri "mercedes" markalı avtomobillər toqquşub. Nəticədə Ş.Əliyev və arvadı Yeganə aldığı xəsarətlərə görə hadisə yerində keçiniblər.

Faktla əlaqədar cinayət işi başlayıb, araşdırma aparılır.

AzNews.az