Ərdoğandan sonra Davudoğlu Bakıya gəlir

1 Sentyabr 2014 13:51 (UTC+04:00)


AzNews.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, Ə. Davudoğlu ilk səfərlərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana edəcək.

Məlumatda o da bildirilib ki, səfərlər sentyabrın 5-dən sonra reallaşa bilər. Çünki sentyabrın 5-də Ə. Davudoğlu Türkiyə Böyük Millət Məclisində yeni hökumətin proqramını parlamentə təqdim edəcək.

Bu səbəbdən də səfərlərin dəqiq tarixi açıqlanmayıb.
Xatırladaq ki, artıq Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə 2-3 sentyabr 2014-cü il tarixdə Azərbaycanda rəsmi səfərdə olacaq.


Məhəmməd
AzNews.az