“Luqansk” aeroportu rusların nəzarətində-Ukrayna Ordusu geri çəkildi (VİDEO)

1 Sentyabr 2014 14:14 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Analitik İnformasiya Mərkəzinin sözcüsü Andrey Lısenko bildirib ki, Ukrayna hərbçilərinin aeroportu tərk etməsi yuxarı komandanlığın göstərişi ilə həyata keçirilib: "Son sutka ərzində Luqansk istiqamətində hərbçilərimizin 7-si həlak olub, 25-i isə yaralanıb. Vəziyyət gərgin olduğundan geri çəkilməklə bağlı əmri icra ediblər".

O deyib ki, hökumət qüvvələrinin mövqeləri artileriya sistemlərindən dəqiq nişan alınıb. Bu da əməliyyatı peşəkar hərbi qüvvələr tərəfindən həyata keçirilməsi anlamına gəlir.

Xatırladaq ki, artıq 1 həftəyə yaxındır separatçılar Rusiya hərbi qüvvələrinin dəstəyi ilə itirdikləri mövqeləri geri almağa başlayıblar.



Məhəmməd
AzNews.az