Kanadada təyyarə qəzaya uğradı
1 Sentyabr 2014 20:07 (UTC+04:00)
Kanadanın qərbində yüngül təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə CBC telekanalı xəbər verib.
Təyyarə Krouford-Bey qəsəbəsindəki qolf meydançasına düşüb. Qəza nəticəsində qadın sərnişin hadisə yerində keçinib, pilot isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisə ilə əlaqədar araşdırmaya başlanıb.
AzNews.az