Ərdoğan ən yaxın dostunu müşavir təyin etdi -FOTO

2 Sentyabr 2014 07:57 (UTC+04:00)
Binali Yıldırıma müşavir vəzifəsi verib. Anspress-in xəbərinə görə, illərdir Ərdoğan hökumətində nəqliyyat naziri olan Yıldırım bələdiyyə seçkisində İzmir şəhərindən namizəd olduğu üçün nazir vəzifəsindən istefa vermişdi.

Məlumata görə, millət vəkili olduğundan təyinatı rəsmən həyata keçirilməyən Binali Yıldırım 2015-ci il parlament seçkisinə qədər qeyri-rəsmi prezidentin xüsusi müşaviri vəzifəsini icra edəcək.

Qeyd edək ki, Ərdoğanın ən etibarlı adamlarından olan Binali Yıldırım 1994-cü ildən bəri Ərdoğanın rəhbərliyindəki müxtəlif dövlət strukturlarında yüksək vəzifələrdə çalışıb.



AzNews.az