Yadigar Sadıqovun açıqlamasına Qubad İbadoğludan reaksiya gəldi

2 Sentyabr 2014 10:07 (UTC+04:00)
həbsdə olan partiya rəhbərinin müşaviri Yadigar Sadıqovun seçkidə Arif Hacılını dəstəkləməsi ilə bağlı açıqlamasına reaksiya verib.


AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanlığına iddialı Qubad İbadoğlu deyib ki, onun mövqeyi və atdığı addım Yadigar Sadıqovun hüququdur:
"Yadigar Sadıqlının seçiminə hörmətlə yanaşıram və onun tezliklə azadlğa qovuşmasını diləyirəm".

Q. İbadoğlu Y. Sadıqlını fikrindən daşındırmaq niyyətində olmadığını da qeyd edib: "İndiki halda onun seçiminə münasibətim normaldır".

Qeyd edək ki, Müsavat başqanının müşaviri, hazırda həbsdə olan Yadigar Sadıqov partiyanın başqan seçkilərində Arif Hacılının namizədliyini dəstəklədiyini bəyan edib.

Bahar Rüstəmli
AzNews.az