Rusiya hərbi doktorinasını yeniləyir

2 Sentyabr 2014 11:32 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popov bildirib ki, NATO-nun genişlənməsi, Ukraynada baş verən hadisələr, o cümlədən Şərqi Avropada hava hücumundan müdafiə sistemi qurğularının sayının artırılması hərbi doktorinanın yenidən işlənməsinə səbəb olub.

M. Popovun sözlərinə görə, Rusiya müttəfiqlərinə yenidən baxmaq məcburiyyətində qalıb: "ABŞ və NATO-ya daxil olan ölkələr hücum strategiyasını yenidən formalaşdıraraq, gücləndirir. ABŞ Baltikyanı ölkələrdə hərbi birləşmələrinin sayını artırır. Artıq Estoniyaya ağır texnikaların gətirilməsi məsələsi konkretləşdirilib. Bütün bunlar isə Rusiya sərhədlərində baş verir".

O bildirib ki, bu ilin sonuna qədər sənəd yenidən hazırlanaraq, qəbul olunacaq.

Məhəmməd
AzNews.az