Dünən 28 nəfər tutulub

2 Sentyabr 2014 11:41 (UTC+04:00)


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

AzNews.az