Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək

2 Sentyabr 2014 15:04 (UTC+04:00)


APA - nın "censor.net" saytına istinadən verdiyi məlumata görə, bunu İtaliya xarici işlər naziri Federika Mogerini Avropa Parlamentinin xarici işlər komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyalar paketi sentyabrın 5-dək qəbul edilməlidir.

F. Mogerini əlavə edib ki, ötən şənbə günü Milanda Avropa İttifaqı ölkələri liderlərinin sammitində Avropa Komissiyasına Rusiyaya qarşı yeni sanksiyalar barədə təkliflər hazırlamaq tapşırığı verilib: "Yeni sanksiyalar paketi çərşənbə günü hazır olacaq. Sentyabrın 5-dək isə Avropa İttifaqının müvafiq qərarı açıqlanacaq".

AzNews.az