Türkiyə səfirliyindən viza açıqlaması- “Şayiədir...”

2 Sentyabr 2014 15:20 (UTC+04:00)

Səfirlikdən Qafqazinfo-ya verilən məlumata görə, Azərbaycan ilə Türkiyə arasında sadələşdirilmiş viza rejiminin tətbiqində heç bir dəyişiklik olmayıb: "İki qardaş ölkə arasında mövcud sadələşdirilmiş viza rejimi bu günə qədər tətbiq olunduğu qaydada davam etdirilir. Viza rejiminin dəyişdirilməsinə dair Səfirliyin mətbuat xidmətinə istinadla yayılmış məlumatlar siyasi təxribat xarakterli şayiədən başqa bir şey deyildir".

Qeyd edək ki, bu gün Türkiyənin Hürriyət qəzetində bu barədə məlumat dərc olunmuşdu. Həmin məlumatı foto-fakt kimi təqdim edirik:




AzNews.az