Merin qatilləri həbs edildi
2 Sentyabr 2014 17:01 (UTC+04:00)
Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Kremençukun meri azərbaycanlı Oleq Babayevin qətlində şübhəli bilinən dörd nəfəri saxlayıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Ukraynanın daxili işlər nazirinin müavini, baş istintaq idarəsinin rəisi Vitali Saka bildirib.
Sakanın sözlərinə görə, istintaq posesinin keçirilməsi zamanı operativ-axtarış tədbirləri nəticəsində dörd nəfər saxlanılıb.
Həbs olunanlar Oleq Babayevin qətlini təşkil etməkdə şübhələnirlər.
Nazir müavini qeyd edib ki, saxlananlardan ən kiçiyinin 22 yaşı var. O əlavə edib ki, indi məhkəmə qaydası ilə saxlananlara həbs qəti imkan tədbirinin seçilməsi haqqında məsələ həll edilir. Hələ ki, istintaq prosesi gedir.
Xatirladaq ki, iyulun 26-da Kremençukun meri Oleq Babayev evinin yaxınlıqda odlu silahdan aşılan atəşlə öldürülmüşdü.
AzNews.az