Nizaməddin Quliyev “Şöhrət“ ordeni ilə təltif edildi
2 Sentyabr 2014 17:08 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Nizaməddin Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Nizaməddin Məhəmməd oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, N.Quliyev Goranboy rayon İcra Hakimiyyətinin başçısıdır.
AzNews.az