- Köhnə - Cəmiyyət
- 16 Noyabr 2013 10:49
- 4 881
AzTV-nin mühafizəçisi İTV-yə şöbə müdiri təyin olundu

AzNews.az-a daxil olan məlumata görə, İTV-nin kadrlar və xüsusi işlər şöbəsinə yeni müdir təyin edilib. Yaqub Qorçiyev adlı bu şəxs də AzTV-nin kadrları arasından seçilib.
Onun bu vəzifəyə təyin olunmasından əvvəlki son 2 ayda AzTV-nin kadrlar idarəsinin əməkdaşı olduğu bildirilir. Lakin ən maraqlısı kadrlar idarəsində işə başlamazdan əvvəl Y.Qorçiyevin AzTV-nin binasının əsas girişində mühafizə polisi kimi fəaliyyət göstərməsidir.
Qeyd edək ki, İctimai Televiziyada bu il aprelin 23-də sədr dəyişikliyindən sonra kadrlarla bağlı maraqlı məlumatlar yayılır. İsmayıl Ömərovun yerini Cəmil Quliyevin tutmasından sonra yeni təyin olunan kadrlar əsasən AzTV-dən seçilir.
C.Quliyevin sədr seçilməsindən cəmi bir gün sonra AzTV-nin kadrlar idarəsinin rəhbəri olan Mənsur Bayramov İTV-yə transfer edilib. C.Quliyev onu İTV-nin kadrlar və xüsusi işlər şöbəsinin rəisi təyin edib.
Ancaq M.Bayramov 6 aydan sonra tutduğu vəzifədən azad edilərək AzTV-dəki əvvəlki vəzifəsinə qaytarılıb. Onun yerinə gətirilən Y.Qorçiyev də məhz AzTV-dən seçilib.
Azər
AzNews.az