Sevgilisini qətlə yetirən kişi hərbçi imiş- Yenilənib

Azərbaycanda ailə münaqişəsi zəminində qətllər baş verib.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 7-də Sumqayıt şəhəri ərazisində Həbib Həbibov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı Nənəxanım Həbibovaya güldanla baş nahiyəsindən xəsarət yetirib.N.Həbibova hadisə yerində ölüb.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həbibov tutulub.

Aprelin 7-də Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən "Bahar" yeməkxanasında rayon sakini Rəşad Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı boğub və bıçaqla xəsarət yetirib.
T.Babayeva hadisə yerində ölüb.

R.Məmmədov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək təslim olub.
Hadisəni törətdikdən sonra zəhərləyici maddə qəbul etmiş R.Məmmədovun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.(13.46)

***
Ötən gün Daşkəsən qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirən şəxsin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu olduğu məlum olub.

Bu barədə APA-nın qərb bürosuna Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumat verilib.

Polisdən hərbi qulluqçu Rəşad Məmmədovun 25 yaşı olduğu da bildirilib.


AzNews.az