Orxan Zeynalovun həbs müddəti uzadılıb - VİDEO

Moskva şəhər Presnenskiy rayon məhkəməsi Orxan Zeynalovun həbs müddətinin uzadılması barədə vəsatətə baxıb.

Moskvanın Qərbi Biryulyovo rayonunda 25 yaşlı Yeqor Şerbakovun qətlində ittiham edilən Şəmkir sakini Orxan Zeynalovun həbs müddəti 10 iyul tarixinədək uzadılıb.

Martın sonlarında məhkəmə Zeynalovun istintaqının başa catdığını bildirsə də vəkilin işlə tam tanış olmaması səbəbindən bu muddət iyulun 10-dək uzadılıb. Presnenskiy məhkəməsinin sözçüsü Nina Jurkova bu haqda bunları bildirib:" Zeynalovun vəkili işlə tam tanış olmaq üçün həbs muddəti iyulun 10-dək uzadılıb".

Qeyd edək ki,oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olmuş və qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi Qərbi Biryulevo rayonunda yerləşən "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücüm çəkərək onlara xəsarətlər yetirib.

Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini etiraf edib.(ANS)