Gəncədə qayınata kürəkənini qətlə yetirdi

Gəncə şəhərində qətl hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Kərimov Ceyhun Knyaz oğlu kürəkəni, 1990-cı il təvəllüdlü, Ağdaş rayon sakini, Ağayev Araz Əliyusif oğlunu bıçaqlayaraq qətlə yetirib. C. Kərimov saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

AzNews.az