Əsgər əsgəri bıçaqlayaraq öldürüb

Azərbaycan Ordusunda qətl törədilib.

Hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.

APA - nın xəbərinə görə Hərbi hissənin əsgəri Nural Bünyadlı ehtiyatsızlıqdan əsgər yoldaşı Tariyel Məmmədovu bıçaqlayıb. Daxilə nüfuz edən bıçaq xəsarəti alan T. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.