Azərbaycanda dəhşət: kişi sevgilisini baltaladı - Fotolar

Bu gün səhər saat 11:30 radələrində Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib.

AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 45 yaşlı Müşfiq Əmirov ailə münasibətlərinin pozulması zəminində qeyri-rəsmi yaşadığı 43 yaşlı Sevil Həsənovaya balta ilə bədənin müxtəlif nahiyələrinə ağır xəsarətlər yetirib.

Yaralı ətrafdakıların köməyi ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Sevil Həsənovanın vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.

Cinayəti törədən Müşfiq Həsənov isə polis tərəfindən saxlanılaraq istintaqa təqdim olunub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

AzNews.az