"Onun belə şeylərdən başı çıxmır” "Onun belə şeylərdən başı çıxmır”

Özü 140 minlik maşında, əri isə metroda

"Onun belə şeylərdən başı çıxmır”



Şairə Nazilə Səfərli özünə 140 min manata avtomobil alıb.

AzNews.az xəbər verir ki, bu barədə N. Səfərli televiziya kanallarının birində yayımlanan verilişdə danışıb: "O maşını əziyyətimlə almışam. Dünən gecə 12-də toydan gəlmişəm. Bir saat ayağımı suya qoydum ki, ağrısı çəkilsin. Amma yoldaşımın maşını yoxdur. İşə metroyla gedib-gəlir. O, elə oğlandır ki, mənim pulumla özünə maşın almağa razı olmaz".

Şairə həmçinin bildirib ki, avtomobil alarkən həyat yoldaşı ilə müzakirə etməyib: "Hansı markalı maşın alacağımla bağlı məsləhətləşmədim. Çünki onun belə şeylərdən başı çıxmır".

İntiqam
AzNews.az