Əli Abbasov: “Bu, yolverilməzdir“

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkənin mobil operatorlarına öz şəbəkələri arasında trafiklə mübadilə problemini həll etmək üçün təzyiq göstərəcək.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ölkənin rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, mobil operatorlar arasında trafiklə mübadilə tarifləri ilin əvvəlində azalıb. Abbasov hesab edir ki, bu, son istifadəçiyə göstərilən mobil rabitə xidmətlərinin tariflərinin azalmasına təsir etməlidir:

"Təəssüf ki, hələlik bu, baş vermir. Hesab edirik ki, bu, yolverilməzdir, çünki tariflərin tənzimlənməsi Tarif Şurası və Nazirlər Kabineti səviyyəsində həyata keçirilir. Biz qanunvericilik bazasından istifadə edərək operatorlar arasında trafik mübadiləsi tariflərinin dəyərinin müəyyən olunmuş qaydalara uyğun gəlməsi üçün məcburi tədbirlər görəcəyik. Öz növbəsində, bu, Azərbaycanda mobil rabitə xidmətləri tariflərinin azalmasına mütləq təsir göstərəcək".

AzNews.az