Ekspertiza Nazpəri Dostəliyevanın iddiasını əsassız saydı

Xalq artistləri Nazpəri Dostəliyeva ilə İlhamə Quliyeva arasında məhkəmə predmeti olan "Mən yemirəm, yedizdirirəm" ifadəsi ilə bağlı linqvistik ekspertizanın rəyi açıqlanıb. Bunu AzNews.az-a açıqlamasında İ. Quliyevanın vəkili Ceyhun Cəfərov deyib. O bildirib ki, məhkəmə prossesi bu günə təyin olunsa da qarşı tərəf, yəni iddiaçı xalq artisti Nazpəri Dostəliyeva iclasa gəlməyib: "Nazpəri Dostəliyevanın nümayəndəsi məhkəməyə gəlmədi. Hətta məhkəmədən onlara telefonla zəng də edildi. Amma onlar buna baxmayaraq, yenə də məhkəməyə gəlmədilər. Görünür artıq onlar da bilir ki, şikayətləri əsassızdır".

Xatırladaq ki, Nazpəri Dostəliyeva ATV kanalında yayımlanan "Ümid var" verilişində İlhamə Quliyevanın onun şərəf və ləyaqətinə xələl gətirən ifadələr işlətdiyini iddia edərək 200 min manat təzminat tələb etmişdi.

Bahar Rüstəmli
AzNews.az