Putin: “Tatarlarla bağlı fərman hazırlanır”: Yenilənib-3

Rusiya prezidenti Vladimir Putin bu gün canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandırıb.

AzNews.az-ın məlumatına görə, V. Putin canlı yayımda əsasən Ukraynada baş verən hadisələrdən danışıb. O deyib ki, Ukraynanın şərqində rus hərbçiləri yoxdur. Bu haqda deyilənlər cəfəngiyyatdır. Ukraynanın hazırkı hakimiyyətinin ölkənin şərqində yalnız öz tərəfdarları ilə danışdığını deyən Putin konkret dialoq tərəfdarı olduğunu bildirməklə, silah olmadan, danışıqlar masasına əyləşməyin vacibliyini vurğulayıb. Rəsmi Kiyevin mülki şəxslərə qarşı tanklardan istifadə etməsini pisləyən Rusiya prezidenti Ukraynanın uçuruma doğru irəlilədiyini bildirib.

Xatırladaq ki, Rusiya prezidenti ilə qaynar xəttə 1.5 mln-dan çox sual daxil olub. Prezidentin mətbuat katibi Dmitri Peskovun deyib ki, qəbul edilən müraciətlərin böyük bir hissəsi Ukraynadakı hadisələrlə bağlıdır. Müraciətlər təkcə Rusiyadan deyil, Ukraynanın müxtəlif regionlarından da daxil olub. Onlar öz ölkələrindəki hadisələrlə bağlı Moskvanın mövqeyini aydınlaşdırmasını xahiş edirlər. (13.41)

***

"Rusiya Çinlə hərbi-siyasi blok yaradılmasına dair təkliflə çıxış etməyəcək. Çünki blok sistemi bizim üçün artıq köhnəlmiş mərhələdir".

AzNews.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandırarkən deyib.
V. Putin əlavə edib ki, Rusiya Çinlə qonşudur və bu dövlətlər təbii olaraq müttəfiqdirlər: "Bunu nəzərə alaraq, Rusiya Çinlə hərbi-siyasi blokun yaradılması təklifinin irəli sürülməsini məqsədəuyğun saymır. Ümumiyyətlə dünya üçün bloklaşma mərhələsi keçib".

Rusiya prezidenti NATO-nun genişlənməsi ilə bağlı da mövqeyini açıqlayıb: "Bir zamanlar NATO SSRİ-nin Avropadakı siyasətinə qarşı yaradılan hərbi-siyasi blok idi. Buna qarşı isə Sovet ölkələri "Varşava müqaviləsi" adlı blok yaratdılar. Sonra SSRİ dağıldı. Ancaq NATO hələ də öz fəaliyyətini dayandırmır. Bizə deyirlər ki, NATO öz fəaliyyət istiqamətlərini dəyişir və daha çox siyasi quruma çevrilir. Bu çox müəmmalıdır. O ki, qaldı blok yaratmağımızla bağlı məsələyə, bu olmayacaq. Ancaq reallıq budur ki, Rusiya Çinlə əməkdaşlığını genişləndirəcək".(14.21)

***

"Ukrayna və Moldova Dnestryanı bölgəni blokada da saxlayır". AzNews.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandırarkən deyib.
Tanınmamış Dnestryanı Respublikasındakı vəziyyətlə bağlı sualı cavablandıran V. Putin bildirib ki, tərəflər arasında dialoq prosesi intensivləşdirilməlidir: "Artıq Ukrayna Dnestryanı bölgə ilə sərhədə millətçi hərbi birləşmələr toplayıb. Bu vəziyyət tez bir zamanda aradan qaldırılmalıdır. Birmənalı olaraq, Ukrayna və Moldova tərəfindən bölgənin blokadası aradan qaldırılmalıdır".

V. Putin vurğulayıb ki, insanlara öz müqəddəratlarını təyin etmək hüququ vermək lazımdır.(14.58)

***

"Krım tatarlarının reabilitasiyası ilə bağlı fərman hazırlanır". AzNews.az-ın məlumatına görə, bunu canlı yayımda vətəndaşların suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Krımın yerli əhalisi olan tatarlar SSRİ zamanı Stalin repressiyalarından çox əziyyət çəkiblər: "Krım tatarlarının haqlarının bərpası Krımın Rusiya Federasiyası tərkibinə daxil olması prosesi ilə paralel aparılmalıdır. Bir faktı diqqətinizə çatdırım ki, Krım Rusiya imperiyasına birləşdirilərkən II Yekaterinanın Krım tatarlarının hüquqlarına hörmətlə yanaşılmasını nəzərdə tutan fərman imzalayıb. Rusiya bu siyasəti davam etdirəcək".

Əhməd
Aydan
AzNews.az