Rusiya-Ukrayna razılığa gəldi - Son dəqiqə



ABŞ Dövlət Katibi Con Kerri təxminən 9 saat davam edən danışıqlardan sonra AB Xarici işlər və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Katerina Aşton ilə mətbuat konfransı təşkil edib.



"Axar.az" xəbər verir ki, Kerri ukraynalıların təhlükəsizliyini təkrar təmin etmək üçün bəzi konkret addımlar üzərində razılaşmanın əldə olunduğunu bəyan edib.



Kerri tərəflərin şiddətdən, təhdid etməkdən və provokasiyalardan çəkinməyin lazım olduğu barədə eyni fikirdə olduğunu bildirib.


İclasda Rusiya Xarici işlər naziri Sergey Lavrov, Ukrayna Xarici işlər naziri Andrey Deşçitsa iştirak edib.

AzNews.az