Türkiyə Milli Məclisində qalmaqal: Deputatlardan "arxa" etirazı- FOTOLAR

Türkiyənin Milli Məclisində maraqlı hadisə baş verib.

AzNews.az yerli mətbuata istinadən bildirir ki, parlamentdə müxalifət partiyası olan CHP-nin təmsilçisi Kamer Gençinin çıxışı zamanı digər həmkarları ona qarşı hörmətsizlik edib. Belə ki, Kamer Genç tribunada danışarkən deputatlar onun sözünü ciddiyə almayıb və etiraz olaraq, kimisi arxasını çevirib, kimisi telefonu ilə məşğul olub, kimisi də yerə baxıb. Hətta hakim partiyanın üzvü olan çox sayda deputat parlamentin salonunu tərk edib.

Milli Məclisdə baş verən bu hadisələrə səbəb isə Kamer Gençin hakim partiya olan AKP-nin sədr müavini Ayşenur Bahçekapılını təhqir etməsi olub. Deputat isə çıxışında sədr müavinini təhqir etmədiyini bildirib.Və elə parlamentdə xoşagəlməz hadisələr də bundan sonra başlayıb.

AzNews.az həmin görüntüləri əks etdirən fotoları təqdim edir.

Xəyalə Məmmədova
AzNews.az
image description image description image description image description