Azərbaycanda orta aylıq əmək haqqı- 430 AZN

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) ilin birinci rübünü uğurla başa vurub.

AzNews.az AzərTAc-a itinadən xəbər verir ki, bu barədə nazirliyin birinci rübün yekunları ilə bağlı kollegiya iclasında məlumat verilib. Bildirilib ki, bu dövrdə RYTN üzrə orta aylıq əməkhaqqı 378,6 manat təşkil edib və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur. Ümumilikdə sektor üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artırılaraq 656,9 manata çatdırılıb. O cümlədən telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 712.4 manat, proqram təminatının işlənməsi sahəsində 892.5 manat, poçt sektorunda isə 228.6 manat təşkil edir (2 aylıq).

Ölkə üzrə orta aylıq əməkhaqqı 430 manat təşkil edir.


AzNews.az