“Hakan Şükür”ün adını dəyişdilər


AKP-dən istefa verəndən sonra adı stadiondan silinən Hakan Şükürün adının yerinə yenisi yazılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, stadion "Sancaktepe Şehir Stadyumu" adlandırılıb. Qeyd edək ki, 2010-cu ildən istifadəyə verilən stadion UEFA və FİFA standartlarına tam cavab verir.

İntiqam
AzNews.az